Bu səhifədə göstərilən məlumatların hansı açıq mənbələrdən gəldiyi və məxfilik prinsiplərimiz aydın izah olunur.
AZAF Naviqator yalnız açıq və ictimaiyyətə açıq mənbələrdən toplanan aviasiya məlumatları göstərir. Heç bir məxfi, qrifli və ya hökumət tərəfindən qadağan edilmiş məlumat yoxdur.
Sistem yalnız planlaşdırma, təlim və məlumat məqsədilədir. Real uçuş üçün rəsmi AIP Azerbaijan, AIRAC dövrü və sertifikatlaşdırılmış naviqasiya cihazları məcburidir.
| Mənbə | Növ | Lisenziya | İstifadə yeri |
|---|---|---|---|
|
OurAirports
Açıq mülki aerodrom bazası
|
Aerodromlar, runway-lər | CC0 (public domain) | Mülki aerodromlar, ICAO/IATA kodlar |
|
OpenAIP
Açıq aviasiya naviqasiya verilənləri
|
Naviqasiya nöqtələri, hava sahələri | CC-BY-NC-SA | VOR, NDB, FIX, controlled airspaces |
|
NOAA Aviation Weather Center
ABŞ rəsmi aviasiya hava xidməti
|
METAR / TAF / SIGMET | US Government public | Real-vaxt hava məlumatları (proxy) |
|
OpenStreetMap
Açıq dünya xəritəsi
|
Xəritə tile-ları | ODbL | Əsas xəritə qatı |
|
OpenTopoMap
Topoqrafik xəritə
|
Yüksəklik xəritəsi | CC-BY-SA | Relyef qatı (alternativ tile) |
|
Esri World Imagery
Peyk şəkilləri
|
Satellite tile-lar | Esri TOS — istinad tələb olunur | Peyk görünüş qatı |
|
İstehsalçı texniki sənədlər (POH/AFM xülasələri)
Boeing, Airbus, Mil, Cessna, Bayraktar və s.
|
Təyyarə spec-ləri | İctimaiyyət üçün açıq | Cruise, MTOW, range, fuel burn cədvəlləri |
|
Wikipedia
Açıq ensiklopediya
|
Operator məlumatları | CC-BY-SA | Aircraft operator təsvirləri (referens üçün) |
Bütün NOTAM-larda mənbə açıq qeyd olunur — istifadəçi həm xəritədə, həm də NOTAM siyahısında hər bildirişin haradan gəldiyini görür. Heç bir mənbəsiz NOTAM göstərilmir.
| Mənbə | Lisenziya | Necə alınır |
|---|---|---|
|
FAA DINS
notams.faa.gov
Defence Internet NOTAM Service — beynəlxalq NOTAM-lar
|
US Gov public domain | Avtomatik fetch (30 dəq-də bir cron) və ya admin manual "Yenilə" |
|
AIP AZE
centaip.az
Azərbaycan rəsmi AIP (Aeronautical Information Publication)
|
Public reference | Admin tərəfindən manual əlavə (mənbə qeyd ilə) |
|
OpenAIP
openaip.net
Açıq aviasiya verilənləri (gələcəkdə inteqrasiya)
|
CC-BY-NC-SA | Hələ aktiv deyil — admin əlavə edə bilər |
|
Manual
Admin tərəfindən əl ilə yazılan NOTAM
|
— | Admin paneldə yazılır — daxili bildirişlər, lokal məlumat üçün. Mütləq mənbə qeyd olunmalıdır. |
Sistemdə görünən hərbi aerodromlar yalnız onlarca il açıq mənbələrdə mövcud olan məlumatlardır (ICAO ARP koordinatları, açıq xəbərlərdə qeyd olunan obyektlər, kommersial peyk şəkilləri). Heç bir operativ məlumat (uçuş cədvəlləri, eskadril yerləşməsi, silah ehtiyatları, mühərrik nömrələri və s.) yoxdur və olmayacaq.
Azərbaycan Respublikasının "Dövlət sirri" qanununa uyğun olaraq, açıq mənbələrdə mövcud olmayan və ya rəsmi olaraq məxfi elan edilmiş obyekt/məlumat heç vaxt bu sistemə daxil edilməyəcək. İstənilən qeyd görsənsə və ya qanun pozuntusu hesab edilsə — support@centraldev.az-a yazın, 24 saat ərzində silinəcək.
BU SİSTEM SERTİFİKATLAŞDIRILMIŞ NAVİQASİYA CİHAZI DEYİL.
Sistem: planlaşdırma yardımçısı, təlim aləti, referens məlumat. Sistem deyil: EFB (Electronic Flight Bag), FMS, certified avionics.
Hər hansı məlumatla bağlı şəffaflıq tələbiniz varsa:
Səhifə son yenilənmə: 2026-09-13 · AZAF Naviqator v3.1.0